Valyuta məzənnəsi
Xəbər lentİ
 13:25  Sabahın HAVASI

Təhsil Nazirliyinin təqdirəlayiq qərarı

14:57, 22.02.17
azerbaycan, cemiyyet
Təhsil Nazirliyinin təqdirəlayiq qərarı

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud olan I və II qrup əlil tələbələri təhsil haqqından azad edib.

Xeberpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazıb. O bildirib ki, uzun illərdir ki, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə yaxından məşğul olur: “Onların təhsil haqqını ödəyə bilməməsi və işlə təmin olunması ilə bağlı məsələni gündəmə gətirdim.

Bu zaman hörmətli millət vəkili Qənirə Paşayeva da məsələni diqqətdə saxladı və Təhsil Nazirliyi, başda nazir Mikayıl Cabbarov olmaqla həssaslıqla yanaşıb işlə təmin olunma problemini qısa müddətdə aradan qaldırdılar.

Bu gün Təhsil Nazirliyi daha böyük bir addım atdı. Qənirə xanım bir müddət əvvəl məndən sağlamlıq imkanları məhdud olan şagirdlərimin siyahısını istədi. Mən 15-ə qədər hazırda təhsil alan tələbələrin siyahısını təqdim etdim. Onların arasında dövlət universiteti ilə yanaşı özəl universitetdə təhsil alan tələbələr də var idi.

Bu gün həmin tələbələri oxuduqları universitetlərin rəhbərlikləri dəvət edib və onların hər birinə təhsil haqlarının Təhsil Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı ödəniş qəbzləri təqdim olunub”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla