Valyuta məzənnəsi
Xəbər lentİ

Mövqelərimizə basqın etmək istəyən ermənilər itki verərək, geri çəkilməyə məcbur edilib

09:42, 22.02.17
azerbaycan, hadise
Mövqelərimizə basqın etmək istəyən ermənilər itki verərək, geri çəkilməyə məcbur edilib

Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.

Xeberpress.az xəbər verir ki, “Qafqazinfo”nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla