Valyuta məzənnəsi
Xəbər lentİ

"Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır"

14:20, 21.02.17
azerbaycan, siyaset
"Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır"

"Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirilən Təhlükəsizlik Şurasının iclasında bildirib.

Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır və bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır.

***

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin sədrliyi ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.Təhlükəsizlik Şurasının iclası keçirilib və iclasda birinci vitse – prezident Şura üzvlərinə təqdim olunub.

Xeberpress.az "Qafqazinfo"ya istinadən prezident İlham Əliyevin TŞ-da çıxışını təqdim edir:

"Mehriban Əliyeva uzun illərdir ki, ölkənin ictimai-siyasi, mədəni heyatimizda mühüm və fəal rol oynayır. O, Yeni Azərbaycan Partiyasının sədridir. YAP aparıcı siyasi qüvvə kimi Cənubi Qafqazın ən böyük partiyasıdır.

Mehriban Əliyeva 2005-ci ildən bəri Mili Məclisin deputatıdır. Deputat kimi çox böyük işlər görüb. Təmsil etdiyi dairənin sosial-ictimai problemlərinin həllində böyük addımlar atıb, seçiciləri ilə daim təmasdadır. Deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həllli ilə bağlıdır. Deputat kimi fəaliyyəti nəticəsində müxtəlif ölkələrdə qazandırığımız dostların sayı artıb.

Mehriban Əliyeva 2004-cü ildən indiyə kimi Heydər Əliyev Fondunun prezidentidir. Fond onun rəhbərliyi altında nəinki Azərbaycanın, eləcə də regionun ən böyük ictimai təşkilatına çevrilib. Çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib.

Fondun təşəbbüsü ilə bir sıra önəmli layihələrə imza atılıb.
Mehriban Əliyevanın beynəlxalq aləmdə çox böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində. UNESCO və İSESCO-nun xoşməramlı səfiridir. İkinci elə bir şəxsiyyət yoxdur ki, iki belə mötəbər təşkilatın üzvü olsun.
Fondun dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilib. Bəzi hallarda bu kimi məsələlər ictimaiyyət üçün açıqlanmır.

Bu çoxşaxəli uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynayıb. Qeyd etməliyəm ki, çox peşəkar, bilikli, təcrübəli, prinsipial və xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Bu gün Mehribanın həyatında yeni dövr başlayır".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla