Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan ilə Pakistan arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib

10:41, 13.02.17
azerbaycan, siyaset
Azərbaycan ilə Pakistan arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Pəncab əyalətinin qubernatoru Malik Rafiq Rəcvana ilə görüşüb.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud qarşılıqlı əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Həmçinin Pəncab əyalətinin Multan şəhəri ilə Azərbaycanın Gəncə şəhəri arasında vaxtilə imzalanmış protokola əsasən yaradılmış qardaşlaşmış şəhər münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının zəruriliyi vurğulanıb. Azərbaycanın digər şəhərləri ilə Pəncab əyalətinin Lahor şəhəri arasında da yaxın əlaqələrin yaradılması imkanları müzakirə olunub.

M.R.Rəcvana vurğulayıb ki, Azərbaycan Pakistan üçün ən yaxın ölkələrdən biridir və Pəncab əyaləti də bu əlaqələrin inkişafına hər zaman töhfə verməyə hazırdır.

Qubernator iqtisadiyyat, mədəniyyət və turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi, Azərbaycandan Pakistanın Lahor və digər şəhərlərinə birbaşa təyyarə reyslərinin açılmasının əhəmiyyətini qeyd edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla