Valyuta məzənnəsi
Xəbər lentİ

Qadınlarda kişiləri cəlb edən 5 amil

09:58, 13.02.17
azerbaycan, cemiyyet
Qadınlarda kişiləri cəlb edən 5 amil

Qadınlar düşünür ki, kişilərin diqqətini çəkmək o qədər də çətin deyil. Amma bəzi halda bu istənilən kimi alınmır.

Xeberpress.az xarici KİV-ə istinadən qadınlarda kişiləri cəlb edən 5 əsas amili təqdim edir:

1. Açıq-saçıq geyim

Bəzən xanımlar kişilərin diqqətini açıq geyimlə çəkməyi düşünür: uzun yarıq, çox qısa ətək, dekolte, al-əlvan rəng, dar libas. Əgər siz təkcə diqqət çəkmək yox, eyni zamanda arzularınızın kişisini tapmaq istəyirsinizsə, seksual görünməyin. Daha çox eleqant geyimə üstünlük verin. Elə geyinin ki, sizi arzulamasınlar, sevsinlər.

2. Model kimi görünmək

Bu artıq bir əfsanədir. Qızlar modellər kimi görünmək üçün pəhriz saxlayırlar. Əslində isə kişilərə gözəl və məsum görünüş lazımdır. Onların xoşuna baxımlı saçlar, sağlam dəri, səliqəli geyim, normal bədən forması gəlir.


3. Kişiyə tabe olmaq və ya olmamaq

Bəzən qadınlar düşünürlər ki, münasibətdə olduqları kişi onların qərarlarına müdaxilə etməli, bütün maddi xərclərini ödəməlidirlər. Əslində isə xoşbəxt münasibət üçün inam, bir-birinə dəstək, arxa olmaqdan qorxmamaq lazımdır. Qadın kişi yanında qərar qəbul etməyi, onun qərarlarında məsləhətçi olmağı və başını onun çiyninə rahat qoya bilməyi bacarmalıdır.

4. Dəlisov qadın

Bəzi xanımlar elə düşünürlər ki, kişilər ağıllı qızları sevmir. Buna görə də özünü kişilərin yanında qəribə aparırlar. Kaliforniyada aparılan bir təcrübənin nəticəsində sübut olunub ki, kişilər axmaq, dəlisov yox, məhz elə ağıllı qadınları bəyənirlər. Kişilər ağıllı qadınlarla uzunmüddətli münasibətə girirlər.

5. Hədsiz makiyaj

Bəzən qadınlar düşünürlər ki, makiyaj nə qədər çox olarsa, kişinin xoşuna bir o qədər də çox gələrlər. Amma kişilər az makiyaj edən, təbii görünən xanımları bəyənirlər. Onlar az makiyajlı xanımları daha cazibədar hesab edirlər.

Qadınlarda kişiləri cəlb edən 5 amil
Qadınlarda kişiləri cəlb edən 5 amil
Qadınlarda kişiləri cəlb edən 5 amil
Qadınlarda kişiləri cəlb edən 5 amil
Qadınlarda kişiləri cəlb edən 5 amil

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla