Valyuta məzənnəsi
Xəbər lentİ

Nazir bu hakimləri cəzalandırdı

09:54, 10.02.17
azerbaycan, cemiyyet
Nazir bu hakimləri cəzalandırdı

Qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə bir neçə hakim cəzalandırılıb.

Xeberpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirdiyi geniş iclasında deyilib.

İclasda Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınıb, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilib, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı Rayon Məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli Rayon Məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulub.

Qeyd edək ki, iclasda şura sədri, ədliyyə naziri Fikrət Məmmədov da iştirak edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla