Valyuta məzənnəsi
Xəbər lentİ

""Cənub qaz dəhlizi" Cənub-Şərqi Avropa üçün strateji əhəmiyyət daşıyır"

09:36, 10.02.17
azerbaycan, iqtisadiyyat
""Cənub qaz dəhlizi" Cənub-Şərqi Avropa üçün strateji əhəmiyyət daşıyır"

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub qaz dəhlizi" Cənub-Şərqi Avropanın bütün regionu üçün strateji əhəmiyyət daşıyır. Xeberpress.az bildirir ki, bunu Trend-ə eksklüziv olaraq Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Nikolay Pavlov deyib.

Nazir bildirib ki, qaz nəqlinin təhlükəsizliyinin təmin olunması Avropa energetika ittifaqının əsas prioritetlərindən biridir: "Bu prioritetli məsələnin reallaşdırılması nəticəsində qaz nəqli mənbələrinin diversifikasiyası təmin ediləcək".

N.Pavlov qeyd edib ki, Bolqarıstan bu layihəni ilk gündən dəstəkləyir.

Onun sözlərinə görə, Azərbaycan və Bolqarıstan xüsusilə energetika sahəsində çox gözəl əməkdaşlıq münasibətləri qurublar.

Nazir qeyd edib ki, nümunə kimi Bulgar Gas və SOCAR arasında 2013-ci ildə imzalanmış və gündəlik bir milyard kubmetr qazın satışını nəzərdə tutan müqaviləni göstərmək olar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla