Valyuta məzənnəsi
Xəbər lentİ

Bu gün İŞİD terror təşkilatı İsrailə müharibə elan edib

14:17, 09.02.17
azerbaycan, dunya
Bu gün İŞİD terror təşkilatı İsrailə müharibə elan edib

Yaxın Şərq mənbələrinin xəbərlərinə inansaq, bu gün İŞİD terror təşkilatı İsrailə müharibə elan edib. Bundan dərhal sonra İsrail əraziləri atəşə tutulub.

Xeberpress.az virtualaz.org-a istinadən xəbər verir ki, ilk raketlər Misirin Sinay yarımadasından İsrailin Eylat kurort vilayəti istiqamətinə tuşlanıb.

Fələstinin "Maan" agentliyinin bildirdiyinə görə, terrorçuların yaydığı bəyanatda birbaşa mətnlə "israilli düşmənə qarşı müharibənin başlanması"ndan danışılır. Eyni zamanda, İŞİD-in Misirdəki birləşməsi İsrail şəhərini atəşə tutub. Terrorçular İsrail ərazisinə 7 raketin atıldığını bildiriblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla