Valyuta məzənnəsi
Xəbər lentİ

Bakıda dəhşətli yanğın hadisəsi

15:40, 07.02.17
azerbaycan, hadise
Bakıda dəhşətli yanğın hadisəsi

Bakıda mənzil yanıb, ev sahibəsinin cəsədi tapılıb.

Xeberpress.az report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 6 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1940-cı il təvəllüdlü Quliyeva Tofiqə Lələkişi qızının cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla