Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

ATƏT azərbaycanlı əsgərin nəşinin qaytarılmasında köməyinə görə Beynəlxalq Qızıl Xaç Komitəsinə minnətdarlıq edib

15:26, 06.02.17
azerbaycan, siyaset
ATƏT azərbaycanlı əsgərin nəşinin qaytarılmasında köməyinə görə Beynəlxalq Qızıl Xaç Komitəsinə minnətdarlıq edib

ATƏT-in avstriyalı sədrliyi azərbaycanlı əsgərin nəşinin Ermənistan tərəfindən qaytarılması məsələsində köməyinə görə vasitəçilərə minnətdarlıq bildirib.

Xeberpress.az Trend-ə istinadən bildirir ki, bu barədə qurumun Twitter səhifəsində yazılıb.

Məlumatda qeyd olunub: "Azərbaycanlı əsgər Çingiz Qurbanovun nəşi qaytarılıb. Bu məsələdə göstərdiyi səylərə görə Beynəlxalq Qızıl Xaç Komitəsinə minnətdarlığımızı bildiririk və tərəfləri Həştərxan sazişinə əməl etməyə çağırırıq".

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb. Şəhid Ç.Qurbanov bu gün Qusar Şəhidlər xiyabanında dəfn olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla