Valyuta məzənnəsi
Xəbər lentİ

Bakıda Ümumdünya Xərçəng Günü ilə bağlı tədbir keçirildi

10:27, 06.02.17
azerbaycan, cemiyyet
Bakıda Ümumdünya Xərçəng Günü ilə bağlı tədbir keçirildi

Bakının “Gənclik Mall” və “Park Bulvar” ticarət mərkəzlərində Ümumdünya Xərçəng Günü ilə bağlı tədbir keçirildi.

Xeberpress.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd əhalinin xərçəng xəstəlikləri, onların profilaktikası, diaqnostikası və müalicəsi sahəsində əhalinin məlumatlılığını artırmaqdır.

Tədbirdə xərçəng şişinin erkən mərhələdə aşkar edildikdə müvəffəqiyyətlə müalicə olunduğunu deyən Milli Onkologiya Mərkəzinin (MOM) baş həkimi, Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli dünyada bütün xəstəliklərdə olduğu kimi, xərçəng xəstəliyində də artım müşahidə edildiyini bildirib. Qeyd olunub ki, qonşu ölkələrin statistik məlumatları ilə müqayisədə ölkəmizdə bu xəstəliyə tutulanların sayının bir o qədər də çox deyil. Ekologiya problemləri, qida rejimi, yeyinti məhsullarının keyfiyyəti, yeni texnologiyaların tətbiqi ilə əlaqədar şüalanma və radiasiya səviyyəsinin çoxalması onkoloji xəstələrin sayının artmasında əsas rol oynayır. Bu xəstəlikdən qorumaq üçün ildə bir dəfə həkim müayinəsindən keçmək lazımdır.

Tədbir çərçivəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri vətəndaşlara maarifləndirici bukletlər paylayıblar.

Sonra tədbirdə vətəndaşların sualları cavablandırılıb.

Qeyd edək ki, Ümumdünya Xərçəng Günü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq tərəfindən təsis edilib. Əsas məqsəd dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır.

Bakıda Ümumdünya Xərçəng Günü ilə bağlı tədbir keçirildi
Bakıda Ümumdünya Xərçəng Günü ilə bağlı tədbir keçirildi
Bakıda Ümumdünya Xərçəng Günü ilə bağlı tədbir keçirildi

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla