Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

20 yaşlı Ərəbli Rahil Rafiq oğlu şəhid oldu.

16:06, 13.05.16
azerbaycan, hadise
20 yaşlı Ərəbli Rahil Rafiq oğlu şəhid oldu.

XeberPress.info-nun Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Ərəbli Rahil Rafiq oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Azərbaycan Hərbi Qüvvələrinin əsgəri 1996-cı il təvəllüdlü olub. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsindən hərbi xidmətə çağırılmışdı.

Şəhid əsgər az öncə Şirvan şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla