Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycanda əfv sərəncamının icrasına başlanıldı.

11:52, 18.03.16
azerbaycan, cemiyyet
Azərbaycanda əfv sərəncamının icrasına başlanıldı.

Azərbaycanda əfv sərəncamının icrasına başlanıldı. EVERYTİME.AZ-ın məlumatına görə, bəzi məhbuslar əfv sərəncamı ilə artıq azadlığa çıxıblar.

Cəzaçəkmə müəssisələrində məhbusları yaxınları qarşılayıblar.

Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı 148 məhkuma şamil olunub. Onlardan 137 nəfər azadlığa buraxılıb, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər cərimə cəzasından azad edilib. Onlardan 4-ü qadındır.

Əfvə düşənlər arasında tanınmışlar da var. Məsələn, Tofiq Yaqublu, Nemət Pənahlı, Rəşadət Axundov, Pərviz Həşimli, Hilal Məmmədov və başqaları həmin tanınmışlardandır.

Bu, son bir ildə prezidentin imzadığı üçüncü əfv sərəncamıdır. Belə ki, bundan əvvəlki sərəncam Yeni il bayramı ərəfəsində imzalanmışdı. Bu sərəncamla 210 nəfər azadlığına qovuşmuşdu.

Əfv olunan şəxslərdən biri futbolçudur. Bu, “Zirə” klubunda çıxış edən Novruzov Nurlan Zahid oğludur.

Ötən ilin Novruz bayramı ərəfəsində imzalanan sərəncam ümumilikdə 101 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 Gürcüstan vətəndaşı da olub.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla