Valyuta məzənnəsi
Xəbər lentİ

Bu gün Bakıda FIG Qitələrarası hakimlik kursu başladı

10:47, 17.01.17
azerbaycan, idman
Bu gün Bakıda FIG Qitələrarası hakimlik kursu başladı

Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Qitələrarası hakimlik kursu öz işinə başlayıb. Tədbir yanvarın 21-dək davam edəcək.

Xeberpress.az Trend-ə istinadən xəbər verir ki, açılış nitqi ilə çıxış edən FIG-in inzibati rəhbəri Slava Korn kurs iştirakçılarını salamlayıb, təşkilat komitəsinin üzvlərini təqdim edib və yüksək təşkilatçılığa görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib:

"Yaxın üç gündə çalışmalı, bacarıqlarınızı göstərməlisiniz. Belə ki, bu seminar bütün Olimpiya dövrü ərzində bu qəbildən olan yeganə tədbirdir".

Sonra Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov çıxış edib. Kurs iştirakçılarını salamlayan F.Qayıbov onlara uğurlar arzulayıb və hakimlik kursunun uğurla keçiriləcəyinə, iştirakçıların istədikləri nəticəni əldə edəcəklərinə ümidvar olduğunu bildirib:

"Ümid edirəm ki, kursun yekununda sizin üzünüzdə bu kursu uğurla dinlədiyinizə və Bakıda olmaqdan zövq aldığınıza işarə edən təbəssüm görəcəyəm".

Daha sonra iştirakçılar adbaad yoxlanıb və kursa start verilib.

Qeyd edək ki, FIQ Qitələrarası hakimlik kursu Olimpiya dövrü ərzində bir dəfə keçirilir. Bu kurs ən yüksək - ilk hakimlik kateqoriyasını almağa imkan verir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla