Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

Qəzaya uğrayan təyyarə Türkiyənin özəl şirkətinə məxsusdur - Qəzanın SƏBƏBİ

10:29, 16.01.17
azerbaycan, hadise
Qəzaya uğrayan təyyarə Türkiyənin özəl şirkətinə məxsusdur - Qəzanın SƏBƏBİ

Qırğızıstanda qəzaya uğramış yük təyyarəsi "Türk Hava Yolları"na məxsus deyil.

Xeberpress.az Trend-ə istinadən xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyənin Rusiyadakı səfirliyindən deyiblər.

Səfirlikdən bildiriblər ki, bu təyyarə Türkiyənin özəl şirkətinə məxsusdur.

Qeyd edək ki, bu gün səhər saatlarında Bişkek yaxınlığında Türkiyənin "Türk Hava Yolları" aviaşirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 32 nəfərin həlak olduğu bildirilir.

***

Qırğızıstanın nəqliyyat və yollar naziri Jamşitbek Kalilov Bişkek hava limanının yaxınlığında "Türk Hava Yolları"na məxsus "Boing 747" təyyarəsinin qəzaya uğramasının ilkin səbəblərini açıqlayıb.

Xeberpress.az azvision.az-a istinadən xəbər verir ki, nazirin sözlərinə görə, təyyarə hava limanının eniş zolağına trayektoriya üzrə düşə bilməyib.

"Hazırda olay yerində mütəxəssislər işləyir, hadisənin araşdırılması üzrə xüsusi qərargah yaradılıb. Qəzanın texniki səbəblər və hava şəraiti ilə bağlı olduğunu dəqiq deyə bilmərik. Bu, araşdırmalardan sonra bəlli olacaq", - deyə nazir bildirib.

Qeyd edək ki, bu gün "Türk Hava Yolları"na məxsus yük təyyarəsi Qırğızıstanda qəzaya uğrayıb. Məlumata əsasən Honkonqdan qalxan "Boeing 747" yük təyyarəsinin Bişkek yaxınlığında qəzaya uğraması nəticəsində 32 nəfər ölüb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla