Valyuta məzənnəsi

Qırğızıstan prezidenti təyyarə qəzasının araşdırılmasını tapşırıb

10:22, 16.01.17
azerbaycan, dunya
Qırğızıstan prezidenti təyyarə qəzasının araşdırılmasını tapşırıb

Qırğızıstan prezidenti Almazbek Atambayev Bişkek ətrafında Türkiyə şirkətinə məxsus yük təyyarəsinin qəzaya uğraması hadisəsinin araşdırılmasını tapşırıb.

Xeberpress.az Trend-ə istinadən xəbər verir ki, dövlət başçısı həlak olanların ailələrinə və yaralılara maddi yardım göstərilməsi barədə də göstəriş verib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bişkek yaxınlığında Türkiyənin "Turkish Airlines" aviaşirkətinə məxsus Boeing 747-400 yük təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəza törətməsi nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 32 nəfərin həlak olduğu bildirilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla