Valyuta məzənnəsi
Xəbər lentİ

Bu rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

11:49, 13.01.17
azerbaycan, cemiyyet
Bu rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün Bakı şəhəri Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Xeberpress.az SOCAR-a istinadən xəbər verir ki, "Təzə Qanlı Göl" ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi və təmir-bərpa işləri ilə əlaqədar yanvarın 13-də saat 09:30-dan 18:00-dək Yasamal rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla