Valyuta məzənnəsi
Xəbər lentİ

"Nuray Bayramzadə bu tədris ilində təhsildən yayınıb"

11:23, 10.01.17
azerbaycan, bolge
"Nuray Bayramzadə bu tədris ilində təhsildən yayınıb"

"Quba Rayon məhkəməsində zorakılıq faktı ilə üzləşən 10 yaşlı Nuray Bayramzadə bu tədris ilində - sentyabrın 15-dən dekabrın 7-dək təhsildən yayınıb".

Xeberpress.az xəbər verir ki, bunu Trend-ə Ombudsman Aparatının Aparat rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, N.Bayramzadə bu müddətdə təhsil aldığı Quba rayon Alekseyevka kənd məktəbinə müxtəlif vaxtlarda tibbi arayışlar verib. Lakin dekabrın 7-dən sonra o, məktəbə fasilələrlə gedib.

A.Səfixanlı qeyd edib ki, bu il yanvar ayından N.Bayramzadənin təhsil aldığı məktəb dəyişdirilib. Hazırda Quba rayon 4 saylı orta məktəbdə təhsil alan N.Bayramzadə dərslərdə iştirak edir:

"İndi ən çox müzakirə olunan məsələ bu uşağın kimin himayəsində qalacağıdır. Bizi isə indi daha çox bu maraqlandırır ki, uşağın hüquqları təmin olunsun, təhsildən yayınmasın. Hazırda biz onun təhsil məsələsini diqqətdə saxlayırıq. Ombudsman Aparatının Quba Regional bölməsi bu məsələni diqqətdə saxlayır və N.Bayramzadə təhsildən yayınarsa, bu barədə bizə məlumat veriləcək".
A.Səfixanlı qeyd edib ki, hazırda Ədliyyə Nazirliyi tərəfindən məhkəmədə baş verən hadisələrlə bağlı daxili tədqiqat aparılır. Tədqiqat bitən kimi bu barədə Ombudsman Aparatına məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan N.Bayramzadənin xalasından alınaraq atası Əvəz Bayramova verilməsi barədə məhkəmə qətnaməsinin icrası prosesində icra məmurlarının azyaşlıya zor tətbiq etməsi ilə bağlı videogörüntü yayılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla