Valyuta məzənnəsi
Xəbər lentİ

"Rəsmi Ankara ABŞ-ın əvvəllər etdiyi səhvləri bir daha təkrarlamayacağına ümidvardır"

16:07, 09.01.17
azerbaycan, dunya
"Rəsmi Ankara ABŞ-ın əvvəllər etdiyi səhvləri bir daha təkrarlamayacağına ümidvardır"

Rəsmi Ankara ümid edir ki, ABŞ-ın yeni administrasiyası Türkiyə ilə münasibətlərdə bundan əvvəlki səhvlərə yol verməyəcək.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu IX Səfirlər konqresinin iclasında deyib.

Nazir qeyd edib ki, Türkiyə ABŞ siyasətinin iki məsələdə dəyişəcəyinə ümid edir:

"Onlardan birincisi, Fəthullah Gülənin və tərəfdarlarının Türkiyəyə ekstradisiyasıdır. İkincisi isə ABŞ-ın terrorçu PKK təşkilatının tərkib hissəsi olan "Kürd xalq özünümüdafiə bölmələri" (YPG) qruplaşması ilə əməkdaşlığının dayandırılmasını nəzərdə tutur".

-----------

15:43

"ABŞ-dan iki əsas tələbimiz var. Birincisi, FETÖ-nün başçısı və digər rəhbərlərinin ekstradisiya edilməsidir. İkincisi də PKK-nın Suriya qolu olan YPG ilə əməkdaşlığa son verməsidir".

Xeberpress.az azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə səfirlərinin 9-cu konfransında bildirib.

Türkiyənin bu iki haqlı tələbinin həyata keçirilməsinin Türkiyə-ABŞ münasibətlərinin gələcəyi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edən Çavuşoğlu vurğulayıb: "Türkiyə və ABŞ çox geniş bir coğrafiyada müsbət təsirlər yarada biləcək qüdrətə və imkanlara malik strateji tərəfdaşdır. Bu iş birliyinin qayğı ilə qorunması lazım olduğuna inanırıq".

Nazir bildirib ki, rəsmi Ankara ABŞ-ın əvvəllər etdiyi səhvləri bir daha təkrarlamayacağına ümidvardır: "Türkiyə ilə ABŞ strateji tərəfdaşdır. NATO-da əməkdaşlığımız bu strateji müttəfiqliyi daha da gücləndirir. ABŞ-ın yeni hakimiyyəti ilə anlaşılsa, ikitərəfli əlaqələr qarşılıqlı mənfəətlər əsasında inkişaf etdirilə bilər. ABŞ hakimiyyətinin əvvəlki illərdəki səhvləri təkrarlamayacağına inanırıq".

Çavuşoğlu İraqdakı proseslərin Türkiyənin təhlükəsizliyi və rifahına birbaşa təsir göstərdiyini deyib: "İraqın tam bir siyasi sistemdə, əmin-amanlıq, təhlükəsizlik və sabitliyə qovuşmasını arzu edirik. Bu ölkənin İŞİD, PKK və digər terror təşkilatlarının yuvasına çevrilməsinə istəmirik. PKK-nın İraqda illərdir işğal etdiyi sahələri genişləndirməsinə və Kandilə bənzər bir sahə təsis etməsinə izləyici qalmayacağımızı bir daha buradan vurğulayıram".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla