Valyuta məzənnəsi

Bakıda iki kriminal qruplaşma arasında silahlı insident olub

11:22, 09.01.17
azerbaycan, hadise
Bakıda iki kriminal qruplaşma arasında silahlı insident olub

Xeberpress.az report-a istinadən xəbər verir ki, hadisə ötən gecə Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən "Nənəmin Təndiri" kimi tanınan iaşə obyektinin yaxınlığında baş verib.
Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər. Hadisənin iştirakçılarının tutulması istiqamətində axtarışlar davam etdirilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla