Valyuta məzənnəsi

Nuraya zor tətbiq edilməsi ilə bağlı yoxlamalara başlanıb

10:52, 09.01.17
azerbaycan, hadise
Nuraya zor tətbiq edilməsi ilə bağlı yoxlamalara başlanıb

Ədliyyə Nazirliyi Quba rayon məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsi ilə bağlı xidməti yoxlamalara başlayıb.

Xeberpress.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, hazırda məsələ ilə bağlı yoxlamalar davam etdirilir:

"Yaxın günlərdə yoxlamaların nəticələri yekunlaşacaq və ictimaiyyətə açıqlama veriləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə Quba Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan N.Bayramzadənin xalasından alınaraq atası Əvəz Bayramova verilməsi barədə məhkəmə qətnaməsinin icrası prosesində icra məmurlarının azyaşlıya zor tətbiq etməsi ilə bağlı videogörüntü yayılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla