Valyuta məzənnəsi
Xəbər lentİ

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir.

12:25, 04.03.16
azerbaycan, cemiyyet
Bu gün Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir.

Martın 4-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir.

EVERYTİME.AZ xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq edilib.

Əvvəlcə 24 məsələdən ibarət olan Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlı paket müzakirəyə təqdim olunub.

İclasda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi, Mülki, Vergi, İnzibati Xətalar məcəllələrində, “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişikliklər olunması barədə qanun layihələri müzakirə ediləcək. Bundan başqa, deputatlar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini nəzərdən keçirəcəklər.

İclasda, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Lotereyalar haqqında”, “Valyuta tənzimi haqqında”, “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunacaq. Daha sonra “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsi, “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi (üçüncü oxunuş) nəzərdən keçiriləcək. Həmçinin M.A.Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, İ.Ə.Əliyevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi, “Azərbaycan Respublikası Milli Məclisinin 2016-il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli 1382-IVQR nömrəli Qərarında dəyişikliklər edilməsi, “Azərbaycan Respublikası Hesablama Palatasının 2016-ci il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli 1383-IVQR nömrəli Qərarında dəyişikliklər olunması haqqında, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul olunmuş “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə məsələlərə baxılacaq.

İclasda “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulmaq barədə, “Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri”nin təsdiq edilməsi haqqında, Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə qoşulmaq haqqında, “Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə məsələlər nəzərdən keçiriləcək. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Kitabxana işi haqqında” qanunlarda, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla