Valyuta məzənnəsi

Moskvada Azərbaycan vətəndaşı intihar edib

10:16, 30.12.16
azerbaycan, hadise
Moskvada Azərbaycan vətəndaşı intihar edib

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan vətəndaşı intihar edib.

Xeberpress.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, həmin şəhərdə yaşayan azərbaycanlıların Criminal.az saytına verdiyi məlumata görə, Mehman adlı gənc “Kuzminka” parkında özünü asıb.

Mehman bir neçə gün əvvəl yoxa çıxıbmış. Yaxınları onu axtarsa da, tapa bilməyiblər. Üç gün sonra isə parkda ağacdan asılmış meyiti aşkarlanıb.

Şamaxı rayonun sakini olan Mehman Moskvadakı bazarlardan birində bizneslə məşğul olub. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla