Valyuta məzənnəsi

Rəisi odlu silahla öldürən şəxs tutulub

10:19, 29.12.16
azerbaycan, hadise
Rəisi odlu silahla öldürən şəxs tutulub

Ağdaş rayonunda vəzifəli şəxsi odlu silahla öldürən şəxs tutulub.

Xeberpress.az-ın APA-ya istinadən xəbərinə görə, dekabrın 28-də saat 22 radələrində Ağdaş rayonundakı "Dəhnə" kafesində Ağdaş şəhər sakini, "Azərsu" ASC-nin "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 1978-ci il təvəllüdlü Babayev Elçin Niyazi oğlu ilə orada yeyib-içdiyi dostu, Ağdaş sakini, 1979-cu il təvəllüdlü İsmayılov Pərviz Əlövsət oğlu arasında insident olub. Pərviz İsmayılov tapançadan 3 dəfə atəş açaraq, şöbə rəisini öldürüb, özü isə silahını da götürərək qaçıb.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları həmin silahlı şəxsin insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq dərhal gücləndirilmiş iş rejiminə keçib və onu qısa zamanda taparaq istintaqa təhvil veriblər.

Qeyd edək ki, Pərviz İsmayılov daha əvvəl bir qızı ov tüfəngi ilə qətlə yetirdiyi üçün 10 ildən çox məhkumluq həyatı yaşayıb. Onun Elçin Babayevi də qısqanclıq zəminində qətlə yetirdiyi bildirilir.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla