Valyuta məzənnəsi

Rusiyanın ən böyük neft şirkətinin rəhbərlərindən biri ölü tapılıb

10:49, 28.12.16
azerbaycan, hadise
Rusiyanın ən böyük neft şirkətinin rəhbərlərindən biri ölü tapılıb

Rusiyanın ən böyük neft şirkəti olan "Rosneft"in rəhbəri İqor Seçinin müşaviri, şirkətin idarə aparatının rəhbəri Oleq Yerovinkin ölü tapılıb.

Xeberpress.az "Sözcü"yə istinadla bildirir ki, 61 yaşlı Yerovinkinin infarkt keçirdiyinə görə öldüyü deyilir.

61 iyaşlı Oleq Yerovinkinin cəsədi bu gün səhər saatlarında Moskvanın mərkəzindəki küçələrdən birində, Kitayqorod səmtində, "Lexus" avtomobilində aşkarlanıb.

Ölümün səbəbləri ilə bağlı ekspertizanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları aparırlar.
O.Yerovinkin FTX generalı idi. O, 1976-cı ildə sabiq SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsində çalışmağa başlamışdı. 1990-cı illərdə Rusiya prezidenti Boris Yeltsinin administrasiyasında işləyən O.Yerovinkin 2012-ci ildə Oleq Seçin "Rosneft"in prezidenti təyin ediləndə neft şirkətinə keçmişdi

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla