Valyuta məzənnəsi
Xəbər lentİ

“Xocalı facıəsi XX əsrin ən dəhşətli soyqrımıdır”adlı anım tədbiri keçirilib

19:00, 25.02.16
azerbaycan, cemiyyet
“Xocalı facıəsi XX əsrin ən dəhşətli soyqrımıdır”adlı anım tədbiri keçirilib

Xocalı soyqrımının ildönümü ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da geniş şəkildə qeyd olunur. Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunan tədbirlər planına uyğun olaraq idarə və təşkilatlarda, mədəniyyət müəssisələrində, orta məktəb və bağçalarda soyqrımla bağlı foto və rəsm sərgiləri, eləcə də rayon içtimaiyyətinin geniş iştirakı ilə böyük konfrans və anım günləri keçirilir.

Bu qəbildən olan növbəti tədbir Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Gənclər Birliyinin və Xırdalan şəhər 2 saylı tam orta məktəbin birgə təşkilatçılığı reallaşdırılıb. “Xocalı facıəsi XX əsrin ən dəhşətli soyqrımıdır” mövzusunda keçirilən tədbirdə məktəbin müəlim-şagird kollektivi, rayon ziyalılları , Abşeron Rayon İcra hakimiyyətinin nümayəndəsi və valideynlər iştirak ediblər.

Mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ədalət Camalova çıxış edib. O, bildirib ki, mktəbdə milli-mənəvi dəyərlərimizin gələcək nəslə ötürülməsi, şagirdlərin vətənpərvər ruhda böyüdülməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Drektor, həmçinin qeyd edib ki, Xocalı soyqırımına dünyanın müxtəlif ölkələrində və bəzi beynəlxalq təşkilatlarda hüquqi-siyasi qiymət verilsə də, onun hələ də bütün beynəlxalq təşkilatlar tərəfindən soyqırım və insanlığa qarşı cinayət kimi qəbul edilməməsi təəssüf doğurur.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Abşeron Rayon Təşkilatı Gənclər Birliyinin sədri Elgün Hümbətov xalqımızın başına gətirilən facilərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolundan danışaraq bu istiqamətdə həyata keçirilən səylərin artırılmasının vacibliyini qeyd edib: “Nə qədər ki Xocalı soyqırımına beynəlxalq aləmdə ədalətli hüquqi-siyasi qiymət verilməyib, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı gənc bu dəhşətli faciəni dünya gənclərinə tanıtdırmaq üçün səylərini əsirgəməməlidir”.

Tədbirdə çıxış edənən Milli QəhrəmanAdil Kərimov bildirib ki, Ermənistanın işğalçılıq siyasət, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlər xüsusilə diqqət çəkəndir: “Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası nəticəsində dünya xalqları, onların parlamentləri Xocalı soyqrımı ilə bağlı geniş məlumatlar əldə edə biliblər. "Xocalıya ədalət" kampaniyasının nəticəsində bir sıra ölkələr, eləcədə ABŞ-ın 19 ştatı Xocalı soyqrımnı rəsmən tanıyıblar”.

Çıxış və müzakirələrdən sonra Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış “Xocalı” filmi nümayiş olunub.
Ardınca tədbir 2 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış kompozisya və səhnəciklərlə ilə davam edib

Tədbirin sonunda şagirdlər və müəllimlər üçün Azərbaycan Respublikasının Milli Qəhrəmanı Adil Kərimov tərəfindən qələmə alınmış Xocalı kitabı və maarifləndirmə materialları paylanılıb.

“Xocalı facıəsi XX əsrin ən dəhşətli soyqrımıdır”adlı anım tədbiri keçirilib
“Xocalı facıəsi XX əsrin ən dəhşətli soyqrımıdır”adlı anım tədbiri keçirilib
“Xocalı facıəsi XX əsrin ən dəhşətli soyqrımıdır”adlı anım tədbiri keçirilib
“Xocalı facıəsi XX əsrin ən dəhşətli soyqrımıdır”adlı anım tədbiri keçirilib

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla