Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

"Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri plana uyğun olaraq aparılır"

14:52, 27.12.16
azerbaycan, idman
"Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri plana uyğun olaraq aparılır"

"2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri plana uyğun olaraq aparılır".

Xeberpress.az Trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, Əməliyyat Şirkəti tam formalaşıb, bütün mütəxəssislər dəvət olunub: "60-a yaxın xaricdən dəvət olunmuş mütəxəssis hazırlıq prosesində iştirak edir, ancaq mütəxəssislərin çoxu yerli mütəxəssislərdir".

A.Rəhimov bildirib ki, Oyunların keçirilməsi ilə bağlı planlaşdırma işləri artıq tamamlanıb:

"İşlərin icrasına keçilib. Əsas məsələlər nəqliyyat, idman qurğularının ətrafında olan xüsusi hasarların quraşdırılmasıdır. Açılış və bağlanış mərasimləri ilə də bağlı işlər aparılır, o cümlədən mədəniyyət proqramları da hazırlanır ki, xaricdən gələn idmançıları Azərbaycan mədəniyyəti ilə tanış edək. Oyunlara hazırlıq işlərində heç bir gecikmə yoxdur və vaxtında İslam Həmrəyliyi Oyunlarına hazır olacağıq. Bu yarışlar yüksək səviyyədə keçiriləcək".

Nazir əlavə edib ki, Oyunlarda 57 ölkə artıq öz iştirakını təsdiq edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla