Valyuta məzənnəsi
Xəbər lentİ

Bakıda Milad Bayramı qeyd olunub

10:41, 26.12.16
azerbaycan, cemiyyet
Bakıda Milad Bayramı qeyd olunub

Milladdan öncəki gecə Bakıda katolik xristianlarının Milad Bayramı qeyd olunub.

Xeberpress.az xəbər verir ki, Milli.Az BBC-yə istinadən bildirir ki, dünya katolikləri hər il dekabrda İsa peyğəmbərin doğulmasını xüsusi təntənə ilə bayram kimi qeyd edirlər. Bakıda yaşayan katoliklər də ənənəvi olaraq həmin günü Müqəddəs Məryəm Kilsəsində qeyd edib.

Bayram mərasimi dekabrın 24-dən 25-nə keçən gecə baş tutub. Kilsədə Milad münasibətilə messa ibadəti icra olunub.

Kilsəyə toplaşan izdiham Yaradana və İsa Məsihə dualar edib, kilsə xoruna qoşularaq mahnılar- ilahilər oxuyub.

Baş keşiş Vladimir Fekete mərasimdən sonra ziyarətçilərə xeyir-dua verib və Milad Bayramı münasibəti ilə hər kəsi təbrik edib.

Ziyarətçilər bayram gecəsi İsa Məsihə dualar edib, onun statueti qarşısında şamlar yandırıblar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla