Valyuta məzənnəsi
Xəbər lentİ

Rusiyaya məxsus təyyarə 93 sərnişinlə birlikdə qəzaya uğrayıb - Böyük ehtimal ki, sağ qalan olmayıb

09:14, 26.12.16
azerbaycan, hadise
Rusiyaya məxsus təyyarə 93 sərnişinlə birlikdə qəzaya uğrayıb - Böyük ehtimal ki, sağ qalan olmayıb

Soçi yaxınlığındakı qəzanın qurbanlarının cəsədlərini daşıyan ilk təyyarə Moskvaya dekabrın 26-da yola düşəcək.

Xeberpress.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə TASS agentliyinə məlumatlı mənbə bildirib.

"Güman edirəm ki, ilk təyyarəni sabah Moskvaya göndərəcəyik", deyə mənbə bildirib.

İndiyədək təyyarə qəzasında ölənlərdən 11-nin meyiti sudan çıxarılıb.

Qeyd edək ki, ötən gün Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Soçi yaxınlığında qəzaya uğrayıb. Dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub. Qəza nəticəsində böyük ehtimal ki, sərnişinlərdən sağ qalan olmayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla