Valyuta məzənnəsi
Xəbər lentİ
 16:43  Sabahın HAVASI
 15:46  Sabahın HAVASI

Qazaxıstan və Monteneqronun prezidentləri də İlham Əliyevi təbrik edib

09:55, 22.12.16
azerbaycan, siyaset
Qazaxıstan və Monteneqronun prezidentləri də İlham Əliyevi təbrik edib

Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Xeberpress.az AZƏRTAC-a istinadən təbrik məktubunu təqdim edir:

"Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik etmək istəyirəm.

Biz Sizin Azərbaycan cəmiyyətinin quruculuğu işinə, eləcə də ölkənin təbliğinə və onun iqtisadi inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Azərbaycan Respublikası bu qısa tarixi dövrdə böyük nailiyyətlər əldə edib, dünya birliyinin fəal və nüfuzlu üzvü olub.

Əminəm ki, ənənəvi dostluğumuz və mehriban qonşuluq əlaqələrimiz xalqlarımızın firavanlığı naminə möhkəmlənməkdə davam edəcək.

Fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram".

X X X

Monteneqronun prezidenti Filip Vuyanoviç prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Xeberpress.az AZƏRTAC-a istinadən təbrik məktubunu təqdim edir:

"Hörmətli cənab prezident.

Sizə əlamətdar yubileyiniz münasibətilə səmimi təbriklərimi çatdırmaq istərdim.

Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dünyada sabitlik amilidir və hamı üçün daha xoş və ədalətli gələcəyə yol açır. Arzum budur ki, bundan sonra da uzun illər ərzində sabitlik və tərəqqi yolunda dost Azərbaycan xalqına rəhbərlik edəsiniz.

Monteneqro xalqı adından və şəxsən öz adımdan bizim yaxın və dost ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün göstərdiyiniz bütün səylərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla