Valyuta məzənnəsi
Xəbər lentİ
 13:25  Sabahın HAVASI

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti

12:24, 21.12.16
azerbaycan, cemiyyet
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Xeberpress.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, dekabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 1°-dək isti, gündüz 6-9° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 6-8° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütünu, nisbi rütubət gecə 70-80%, gündüz 55-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla