Valyuta məzənnəsi
Xəbər lentİ

İqtisadiyyat nazirləri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər

11:43, 21.12.16
azerbaycan, cemiyyet
 İqtisadiyyat nazirləri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər

Bakıda səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirləri dekabrın 21-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə əklil qoyublar.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 İqtisadiyyat nazirləri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla