Valyuta məzənnəsi
Xəbər lentİ

İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilib

10:41, 21.12.16
azerbaycan, iqtisadiyyat
 İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilib

İcbari Sığorta Bürosuna (İSB) yeni icraçı direktor təyin edilib.

Xeberpress.az Trend-ə istinadən bildirir ki, İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının 15 dekabr 2016-cı il tarixdə keçirilmiş iclasında Elxan Xanməmməd oğlu Quluyevin İSB-nin icraçı direktoru vəzifəsindən getməsi ilə əlaqədar olaraq, Fariz Nazim oğlu Əzizovun Büronun yeni icraçı direktoru vəzifəsinə namizədliyi irəli sürülüb.

F.Əzizovun hazırda tutduğu vəzifədən azad olunduqdan sonra İcbari Sığorta Bürosunun icraçı direktoru vəzifəsinə təyin edilməsi və onun təyin olunacağı tarixdən etibarən E.Quluyevin əmək müqaviləsinə xitam verilməsi barədə Büronun Himayəçilər Şurasının sədri tərəfindən lazımi rəsmiləşdirmələrin aparılmasının təmin edilməsi ilə bağlı qərar qəbul edilib.

F.Əzizovun İSB-nin icraçı direktoru vəzifəsinin icrasına növbəti həftədən başlayacağı gözlənilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla