Valyuta məzənnəsi

"Kaş ki Azərbaycanda doğulardım, bir əfsanə olardım"- Rafetin Bakı konsertindən fotolar

10:35, 21.12.16
azerbaycan, maqazin
"Kaş ki Azərbaycanda doğulardım, bir əfsanə olardım"- Rafetin Bakı konsertindən fotolar

Türkiyəli müğənni Rafet El Romanın Bakı konserti baş tutub.

Xeberpress.az-ın Axşam.az-a istinadən məlumatına görə, Nahid Emiloğlunun təşkil etdiyi tədbir Heydər Əliyev Sarayında gerçəkləşib. Gecədə ilk olaraq aparıcı Nanə Ağamalıyeva səhnəyə çıxaraq, tamaşaçıları salamlayıb.

Daha sonra Rafet El Roman səhnəyə gələrək, bir-birinin ardınca mahnılar səsləndirib. İfaçı tamaşaçılarla səmimi söhbətləriylə yadda qalıb.

Rafet Bakı sevgisindən söz açıb:

"Buranı vətənim qədər sevirəm. Mahnılarım öz ölkəmdəki qədər burada da sevilir. Məndən "Hansı ölkədə çox tanınır və sevilirsiniz" soruşanda "Azərbaycanda" cavabını verirəm. Kaş ki Azərbaycanda doğulardım. Bir əfsanə olardım".

Gecədə tarzən Humay Qədimova da səhnəyə çıxaraq türkiyəli ifaçı ilə mahnı səsləndirib.

"Musiqiçilər bir restorana getmişdi, Humayın ifasını videoya çəkib mənə göndərdilər. Bəyəndim və konsertimə dəvət etdim" deyə, müğənni bildirib.

Rafet daha sonra sosial şəbəkələrdəki ifası ilə tanınan Çinarə Məlikzadəni səhnəyə dəvət edib və onunla mahnılar səsləndirib. Çinarənin səsinə heyran qaldığını deyən sənətçi ona mahnı yazacağını bildirib.

"Kaş ki Azərbaycanda doğulardım, bir əfsanə olardım"- Rafetin Bakı konsertindən fotolar
"Kaş ki Azərbaycanda doğulardım, bir əfsanə olardım"- Rafetin Bakı konsertindən fotolar
"Kaş ki Azərbaycanda doğulardım, bir əfsanə olardım"- Rafetin Bakı konsertindən fotolar
"Kaş ki Azərbaycanda doğulardım, bir əfsanə olardım"- Rafetin Bakı konsertindən fotolar
"Kaş ki Azərbaycanda doğulardım, bir əfsanə olardım"- Rafetin Bakı konsertindən fotolar

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla