Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Azərbaycandan kapitalın çıxarılmasına 20%-lik yığım qəbul edilmədi.

12:01, 10.02.16
azerbaycan, cemiyyet
Azərbaycandan kapitalın çıxarılmasına 20%-lik yığım qəbul edilmədi.

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli Qanun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmayıb. Qanun Milli Məclisə geri qaytarılıb.

EVERYTİME.AZ-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidmətindən məlumat verilib. Qanun sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq imzalanmayıb.

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin iqtisadi-siyasət, sənaye və sahibkarlıq, eləcə də hüquq siyasəti komitəsinin birgə iclasında bu qanun layihəsi dünyanın bir çox ölkələrində tətbiq edilən təcrübə olduğunu demişdi. "Bu qanun layihəsində valyuta və kapitalın hərəkətinə tam qadağa tətbiq edilməyib. Lakin insanların təhsil, səhiyyə xərcləri ilə bağlı müvafiq sənədləri təqdim etməsilə banklar tərəfindən bu proses tənzimlənəcək. Burada 20%-lik yığım tətbiq olunacaq. “Valyuta tənzimi haqqında” qanun layihəsi valyuta və kapital hərəkətini tam qadağan etmir, sadəcə bu proseslər iqtisadi metodla tənzimlənir”.

Qeyd edək ki, sənədə təklif olunan dəyişikliyə əsasən, fiziki şəxsin özünün və (və ya yaxın qohumunun (əri (arvadı), valideynləri, o cümlədən ərinin (arvadının) valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları) adına xarici ölkədə açılmış hesablara 50 min ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə vəsaitin köçürülməsi üzrə - təqvim ili ərzində bundan artıq məbləğin 20%-i miqdarında icbari yığım tutulmalı idi. Burada fiziki şəxs tərəfindən həmin təqvim ili ərzində hesab açmadan xarici valyutada apardığı pul köçürməsi əməliyyatları da nəzərə alınacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla