Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 92 illiyi münasibətilə tədbir keçirilib.

13:47, 09.02.16
azerbaycan, cemiyyet
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 92 illiyi münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 92 illiyi münasibətilə tədbir keçirilib. Bu barədə daimi nümayəndəlikdən məlumat verilib.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının çox mürəkkəb tarixi inkişaf yolu keçdiyini deyib. O, 92 il bundan əvvəl - 1924-cü il fevralın 9-da Azərbaycanın dövlətçilik tarixində mühüm tarixi hadisə baş verdiyini, Naxçıvan Muxtar Respublikasının yaradıldığını bildirib. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”. Naxçıvanın muxtariyyəti asanlıqla qazanılmayıb. Beynəlxalq Qars müqaviləsi 1921-ci ildə imzalansa da, Naxçıvana 3 il sonra, 1924-cü ildə muxtariyyət verilib. Naxçıvanın muxtariyyəti çətin sınaqlardan keçərək gərgin hərbi-siyasi və diplomatik mübarizələr nəticəsində əldə olunub.

Bəxtiyar Əsgərov qeyd edib ki, Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət ulu öndər Heydər Əliyevi bəxş edib. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərib. Ümummilli Liderimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muxtar respublikanın 80 illik yubileyinin keçirilməsi ilə bağlı 2004-cü il fevralın 9-da Sərəncam imzalayıb. Dövlətimizin başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi ölkəmizdə geniş qeyd edilib. Naxçıvanın üçüncü intibahı dövründə muxtariyyətin dördüncü ali təntənəsinin qeyd olunmasını da məhz Prezident İlham Əliyevin imzası təsdiq etdi. Azərbaycan Prezidentinin 2014-cü il yanvarın 14-də imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunub.

Diqqətə çatdırılıb ki, 1995-ci ildən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu dövrdə iqtisadiyyatın dirçəlməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilib, yeni iş yerləri yaradılıb, sərhədlərin etibarlı təhlükəsizliyi təmin edilib. Naxçıvan Muxtar Respublikasında irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri genişlənib, tarixə, mədəniyyətə, təhsilə və elmə qayğının yeni mərhələsi başlanıb, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət artırılıb. Bir sözlə, Naxçıvan Muxtar Respublikası heç vaxt indiki qədər abad, güclü, hərtərəfli inkişafa nail olmayıb.

Bildirilib ki, bu gün Naxçıvan muxtariyyət tarixinin ən şanlı və əlamətdar dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla