Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

Rusiyanın XİN-in daha bir əməkdaşı evində ölü tapılıb

10:38, 20.12.16
azerbaycan, hadise
Rusiyanın XİN-in daha bir əməkdaşı evində ölü tapılıb

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun ötən gün qətlə yetirilməsindən sonra bu ölkənin Xarici İşlər Nazirliyinin daha bir əməkdaşı evində ölü tapılıb.

Xeberpress.az xəbər verir ki, Azvision.az REN TV-yə istinadən xəbər verir ki, hadisə dünən paytaxt Moskvada baş verib.

Cəsədi aşkar edilən şəxs Rusiya XİN-in Latın Amerika departamentinin şöbə rəisi Pyotr Polşikovdur.

Onun yaşadığı evdə başından vurularaq öldürüldüyü bildirilir. Cinayətdə istifadə edilən silah mətbəxdə yerləşən əl-üzyuyanın arxasından tapılıb.

Hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

Məlumatda qeyd olunur ki, Polşikov öldürülən zaman həyat yoldaşı evdə olub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla