Valyuta məzənnəsi
Xəbər lentİ

Milli Məclisin bu günkü iclasında vergi qanunvericiliyinə edilən dəyişikliklər qəbul olundu

13:43, 16.12.16
azerbaycan, cemiyyet
Milli Məclisin bu günkü iclasında vergi qanunvericiliyinə edilən dəyişikliklər qəbul olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında vergi qanunvericiliyinə edilən dəyişikliklər qəbul edilib.

Xeberpress.az Trend-ə istinadən xəbər verir ki, bu dəyişikliklər 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Dəyişikliklər arasında ofşor şirkətləri ilə əməliyyatlara vergi tətbiq olunması, ticarət və ictimai iaşə sahələrində fəaliyyət göstərən iri sahibkarların nağd hesablaşmalarının ayda 30 min manat həcmində məhdudlaşdırılması, hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən bank hesabından vəsaitin nağdlaşdırılmasına vergi tətbiq olunması və digər məsələlər yer alıb.

Bundan başqa, 2017-ci ildən etibarən Azərbaycanda quş ətinin satışı, un və çörək istehsalı və satışı 3 il müddətinə əlavə dəyər vergisindən azad edilir. Həmçinin, 2021-ci ilin fevralınadək əhalinin bank əmanətləri üzrə faiz gəlirlərinin, investisiya qiymətli kağızlar üzrə emitent tərəfindən ödənilən dividentlər, diskont və faiz gəlirləri vergidən azad olunur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla