Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Azərbaycan Milli Elmlər Akademiyasında Akademik Cəlal Əliyevlə vida mərasimi keçirilib.

14:30, 01.02.16
azerbaycan, cemiyyet
Azərbaycan Milli Elmlər Akademiyasında Akademik Cəlal Əliyevlə vida mərasimi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasında Akademik Cəlal Əliyevlə vida mərasimi keçirilib. Azərbaycan alimi, Əməkdar elm xadimi, “Şərəf” ordenli, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, akademiklə vida mərasiminə yaxınları, iş yoldaşları, dövlət rəsmiləri qatılıb.

Mərasimdən sonra mərhum 1-ci Fəxri Xiyabanda dəfn olunacaq.

Ümumilli lider Heydər Əliyevin qardaşı, akademik Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutundan məlumat veriblər. Bildirilib ki, akademik uzun sürən xəstəlikdən sonra ötən gün axşam saatlarında 87 yaşında, evində vəfat edib.

Botanika İnstitutundan dəfn saatı və yerinin hələlik bilinmədiyini bildirdilər.

Akademik Cəlal Əliyevlə vida mərasiminin vaxtı və yeri məlum olub. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, mərhumla vida mərasimi bu gün saat 13:00-da AMEA-nın əsas binasında olacaq.

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

O, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Cəlal Əliyev "İstiqlal" ordeni ilə təltif edilib. O, 18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.
Akademikin 1 övladı var.

Allah rəhmət eləsin!

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla