Valyuta məzənnəsi
Xəbər lentİ

"Qarabağ üzrə danışıqlar masasında münaqişənin həlli üçün təkliflər var"

11:30, 14.12.16
azerbaycan, bolge
"Qarabağ üzrə danışıqlar masasında münaqişənin həlli üçün təkliflər var"

Apreldə Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttindəki hərbi fəaliyyət böyük sayda tələfata səbəb oldu və nümayiş etdirdi ki, münaqişənin hərbi yolla həlli yoxdur.
Xeberpress.az xəbər verir ki, bu barədə Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Onun sözlərinə görə, apreldəki qarşıdurmadan sonra tərəflər ümumilikdə atəşkəs rejiminə riayət edirlər: "Artıq danışıqlar masasında təkliflər var. Bu təkliflər münaqişənin həllinə gətirib çıxara bilər".

Həmsədr əlavə edib: "Biz bu il, o cümlədən Vyana və Sankt-Peterburq görüşlərində danışıqlarda irəliləyişə nail olmaq üçün yeni cəhdlər gördük. Ümid edirik ki, tərəflər prosesi irəlilətmək üçün gələcəkdə də konstruktiv işləyəcəklər".

Diplomatın sözlərinə görə, Donald Trampın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətin necə inkişaf edəcəyini indidən demək çətindir:

"Şübhə etmirəm ki, ABŞ hakimiyyəti həmsədr ölkələrin köməyi ilə münaqişənin sülh yolu ilə həllinə sadiq qalacaq".

C.Uorlik qeyd edib ki, onun dekabrın 31-dən postunu tərk edəcəyi ilə əlaqədar olaraq, yeni amerikalı həmsədrin adı yaxın gələcəkdə məlum olacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla