Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan əsilli Heydər Camal indi erməni işğalı altında olan Şuşa şəhərindən idi

14:35, 05.12.16
azerbaycan, hadise
Azərbaycan əsilli Heydər Camal indi erməni işğalı altında olan Şuşa şəhərindən idi

Tanınmış filosof və ilahiyyatçı, Rusiyanın İslam Komitəsinin sədri Heydər Camal uzun müddət Azərbaycanın maraqlarını müdafiə edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hər zaman ölkəmizin ədalətli mövqeyini dəstəkləyib.
XEBERPRESS.az xəbər verir ki, bu sözləri Trend-ə Baku Network Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

"O, Moskvadakı azərbaycanlı ictimaiyyətinin ən parlaq nümayəndələrindən idi. O, erməni lobbisinin təbliğat maşınının fəaliyyətinə baxmayaraq, Azərbaycanın mövqeyini və maraqlarını müvəffəqiyyətlə müdafiə edirdi".

Ekspert qeyd edib ki, Heydər Camal həmişə siyasi-ictimai məsələlərdə fəal mövqe tuturdu. Onun fikirlərinə hər zaman diqqət verirdilər.

E.Ələsgərov deyib: "Heydər Camal əsl azərbaycanlı idi. O, əslən indi erməni işğalı altında olan Şuşa şəhərindən idi. Heydər Camal Dağlıq Qarabağ münaqişəsinin tarixini hər kəsdən yaxşı bilirdi. O, həmişə təssüflənirdi ki, doğma torpağı Şuşaya gedə bilmir. Onun arzusu həyata keçəcək. Dağlıq Qarabağ, Şuşa erməni işğalından azad olunacaq".

Ekspert, həmçinin Heydər Camalın Rusiyada məşhur bir islamşünas olarar fəaliyyətini də yüksək qiymətləndirib:

"Onun Yaxın Şərqdə, Suriyada və bütünlükdə ərəb dünyasındakı vəziyyət barədə çıxışları maraq oyadırdı. Heydər Camal bu məsələlərdə daha aydın və fərqli mövqe ilə çıxış edirdi. Həmişə islam dəyərlərini müdafiə edirdi və bu məsələlərin siyasiləşdirilməsinə qarşı çıxırdı".

E.Ələsgərovun sözlərinə görə, Heydər Camal tez-tez Baku Network-un qonağı olurdu. Təqribən bir ay əvvəl o, Baku Network-da müzakirələrdə iştirak etmişdi:

"Baku Network öz həyat yolu və Dağlıq Qarabağ münaqişəsini dərindən bilməsi ilə Azərbaycanın maraqlarını hələ uzun müddət qoruya biləcək belə intellektual şəxsi itirdiyi üçün təəssüflənir. Baku Network rəhbərliyi Heydər Camalın əziz və yaxınlarına başsağlığını ifadə edir".

Qeyd edək ki, məşhur filosof və ilahiyyatçı Heydər Camal bu gecə Moskvada 70 yaşında vəfat edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla