Valyuta məzənnəsi
Xəbər lentİ

Ermənistana silah daşıyan rus təyyarəsini Azəbaycan geri qaytarıb

10:13, 05.12.16
azerbaycan, hadise
Ermənistana silah daşıyan rus təyyarəsini Azəbaycan geri qaytarıb

Rusiya Müdafiə Nazirliyi Ermənistana və oradan "Suriya istiqamətinə" uçmalı olan İl-76 hərbi-nəqliyyat təyyarəsinin Azərbaycanın hava məkanına buraxılmaması barədə məlumatları təsdiq etmir.

XEBERPRESS.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda "Novosti Armeniya" agentliyinə Rusiya MN-dəki mənbə bildirib. "Belə informasiya yoxdur. Bundan əlavə "Suriya istiqamətinə" Ermənistan daxil deyil.

İrəvanın "Erebuni" aeroportuna ancaq Rusiyanın Ermənistandakı aviabazasının və 102-ci bazanın həyati fəaliyyəti ilə bağlı uçan təyyarələr enir", - mənbə bildirib.

***

Azərbaycan Ermənistana uçan Rusiyaya məxsus İL-76 hərbi-nəqliyyat təyyarəsini öz hava məkanına buraxmayıb. Xeberpress.az modern.az-a istinadən xəbər verir ki, pilotun danışıqları internetdə yerləşdirilib.

"Yerevana kimi uça bilmirik. Azərbaycan buraxmır. Uçuş qadağan olunub", - deyə dispetçer səs yazısında deyir.

Sonradan ekipaja geriyə - Soçidəki hərbi aerodroma qayıtmaq əmr olunub. Gecə saatlarında təyyarə Soçidə eniş edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla