Valyuta məzənnəsi
Xəbər lentİ

Jurnalistlər Röyanı boykot etdi - adı siyahıdan çıxarıldı

14:51, 01.12.16
azerbaycan, maqazin
Jurnalistlər Röyanı boykot etdi - adı siyahıdan çıxarıldı

31 dekabrda Bakı Olimpiya Stadionunda keçiriləcək “Ən Yeni İl” gecəsi ilə bağlı bu gün müğənni Röyanın da iştirak edəcəyi mətbuat konfransının baş tutacağı gözlənilirdi. Xeberpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mətbuat bu tədbirə dəvət olunsa da, jurnalistlər Röya Ayxanla aralarında yaranan gərginlik səbəbi ilə konfransa qatılmayacaqlarını elan etmişdilər.

İndilərdə alınan məlumata görə, təşkilatçılar məsələdən xəbərdar olandan sonra mediaya müraciət edərək bildiriblər ki, Röya Ayxanın adı konfransda iştirak edəcək şəxslərin siyahısından çıxarılıb. Mətbuatdan isə tədbirə gələrək konfransı işıqlandırılması xahiş olunub.

Konfransda müğənni Miri Yusif və tədbirin aparıcısı İlkin Həsəni iştirak edəcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla