Valyuta məzənnəsi
Xəbər lentİ

Məşhur aktyor “Dünyaların savaşı Z” filmində çəkiləcək.

13:02, 22.01.16
azerbaycan, maqazin
Məşhur aktyor “Dünyaların savaşı Z” filmində çəkiləcək.

Hollivudun ulduzları Ancelina Coli ilə Bred Pit övladları ilə birlikdə altı aylıq Londona köçür.

EVERYTİME.AZ-ın məlumatına görə, ailə Böyük Britaniyanın paytaxtına Bred Pit üçün köçəcək.

Belə ki, ulduz aktyor “Dünyaların savaşı Z” filmində çəkiləcək. Bred Pit həmin filmin baş qəhrəmanı olacaq. Məlumata görə, ulduz ailə Londonda hələ ev tapmayıb.

Aktyorun cazibədar həyat yoldaşı Ancelina Coli bu müddətdə Londonda humanitar suallar ilə məşğul olacaq. Həmçinin, Avropaya qaçan miqrantlar ilə də maraqlanacaq.

Cütlüyün sözlərinə görə, Londondan ev almaq istəyirlər. 2012-ci ildə məşhur ailə Londonda kirayədə qalıb.

Bir müddət əvvəl məşhur aktrisa Ancelina Coli övladları ilə birlikdə “Kunq Fu Panda 3” cizgi filminin Los-Ancelesdəki qala gecəsində iştirak edib.

Ancelina Coli və Bred Pittin 6 uşağı var - 3 qız, 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı isə Ancelina övladlığa götürüb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla