Valyuta məzənnəsi
Xəbər lentİ

Dəhşətli təyyarə qəzasının təfərrüatı

12:34, 30.11.16
azerbaycan, hadise
Dəhşətli təyyarə qəzasının təfərrüatı

Braziliyanın "Şapokoense" futbol klubunun heyətinin olduğu təyyarənin qəzaya uğradığı məkanda axtarışlar başa çatıb. Xeberpress.az xəbər verir ki, Milli.Az El Mundo-ya istinadən bildirir ki, təyyarədə 77 nəfər vardı. Onların arasında "Şapokoense"nin 4 oyunçusu, stüardessa və jurnalist sağ qalıblar.

Çarter reysi ilə Boliviyadan Kolumbiyanın Medelyin şəhərinə uçan təyyarə Medelyindən təxminən 30 km aralıda qəzaya uğrayıb.

Klubun qapıçısı Markos Danilo sağ qalsa da, sonradan xəstəxanada keçinib.

Boliviyanın "LaMia Bolivia" aviaşirkətinə məxsus "Avro RJ85" təyyarəsinin baş pilotu Miqel Kiroqa laynerin partlamaması üçün havada yanacaq baklarını boşaldıb. Bu səbəbdən də təyyarə yerə düşəndə partlayış olmayıb.

Miqel Kiroqanın atası Orlando Kiroqa da pilot idi: o, 1963-cü ildə aviaqəzada, 53 yaşında həlak olub.

Miqel Kiroqa Braziliya parlamentinin sabiq senatoru Rocer Pintunun qızı ilə ailə qurmuşdu. Onların üç övladı vardı.

Dəhşətli təyyarə qəzasının təfərrüatı

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla