Valyuta məzənnəsi
Xəbər lentİ

Tələbə yataqxanasında güclü yanğında 12 nəfər həyatını itirdi - YENİ

10:30, 30.11.16
azerbaycan, hadise
Tələbə yataqxanasında güclü yanğında 12 nəfər həyatını itirdi - YENİ

Türkiyənin Adana rayonunun Aladağ rayonunda 3 mərtəbəli tələbə yataqxanasında yanğın olub. Xeberpress.az "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 11 tələbə qız və 1 qadın müəllim yanaraq ölüb. 22 tələbənin isə yaralandığı bildirilir. Onların xəsarət almasına səbəb yanğın zamanı özlərini pəncərədən atmaları olub.

Adana bələdiyyəsinin sədri yanğın nərdivanının qapısının içəridən bağlı olduğunu, açarın isə ölən müəllimdə qaldığını deyib.

Hadisəyə ilkin səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla