Valyuta məzənnəsi
Xəbər lentİ

Kişi özünü qatarın altına atdı

10:07, 30.11.16
azerbaycan, hadise
Kişi özünü qatarın altına atdı

Bakıda metroda bir nəfər intihara cəhd edib. Xeberpress.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Hadisə bu gün saat 09:15 radələrində metronun "Koroğlu" stansiyasında baş verib. 55-60 yaşlı kişi stansiyada özünü qatarın altına atıb. Stansiyada hərəkətdə olan qatar saxlanılıb, həmin şəxs relslərin üzərindən götürülüb.

Hadisə qatarların hərəkətində gecikməyə səbəb olub. Hazırda stansiyada qatarların hərəkəti bərpa edilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla