Valyuta məzənnəsi
Xəbər lentİ

“İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” kitabı çap olundu

14:03, 29.11.16
azerbaycan, bolge
“İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” kitabı çap olundu

“İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” - Kitabı çap olundu.
Xeberpress.az NAXCİVANXEBERLERİ.COM-a istinadən xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, eyni zamanda Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Arif Şıxəliyevin Böyük Britaniyanın arxiv materialları əsasında hazırladığı “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı monoqrafiyası çap olunub.

Qeyd edək ki, Emin Arif Şuşa qrantı layihəsi çərçivəsində Londona ezam olunmuş və İngiltərənin Milli Arxivlərində çalışaraq obyektiv materiallar əsasında mükəmməl bir tədqiqat işi ərsəyə gətirmişdir. Həqiqətən də Böyük Britaniya arxivlərində yer alan sənədlər tarixi reallıqların ortaya çıxarılması və araşdırılan problemin daha obyektiv kriteriyalar içərisində dəyərləndirilməsi baxımından olduqca vacibdir.

Əsərin əsas elmi yeniliyi ondan ibarətdir ki, indiyə qədər bizlər XX əsrin əvvəllərində Azərbaycanda, o cümlədən Naxçıvanda ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərini, qaniçən Andranik və onun kimi quldurların rəhbərlik etdiyi silahlı dəstələrin başımıza açdıqları fəlakətləri yalnız özümüzün yazdığı əsərlər və digər materiallar əsasında öyrənirdiksə, artıq bu əsərdə baş verən cinayətləri sırf Böyük Britaniyanın arxiv materiallarından əldə olunmuş mənbələr əsasında öyrənirik. Düşünürük ki, erməni iddialarına tutarlı şəkildə cavab vermənin və ermənilərin əsl iç üzünü dünya ictimaiyyəti ilə tanış etmənin bu cür obyektiv materiallar əsasında hazırlanmış əsərlərlə mümkündür. İnanırıq ki, bu kitab erməni iddialarına ən sərrast bir cavabdır.

Biz Emin müəllimi təbrik edir və gələcək elmi-tədqiqat işlərində uğurlar arzulayırıq.

Mehman Şabanov

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla