Valyuta məzənnəsi
Xəbər lentİ

Rusiyalı nazir Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

11:37, 28.11.16
azerbaycan, cemiyyet
Rusiyalı nazir Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 28-də Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Rusiyalı nazir Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Rusiyalı nazir Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla