Valyuta məzənnəsi
Xəbər lentİ

İranda qatarların toqquşması zamanı ölənlərin sayı 45-ə çatıb - çoxu azərbaycanlıdır

09:21, 28.11.16
azerbaycan, hadise
İranda qatarların toqquşması zamanı ölənlərin sayı 45-ə çatıb - çoxu azərbaycanlıdır

İranda sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 45-ə çatıb. Xeberpress.az publika.az-a istinadən xəbər verir ki, yerli Qızıl Aypara Cəmiyyətinin rəsmisi Əli Yəhyai dəhşətli hadisədə daha 103 nəfərin də yaralandığını bildirib.

Xəsarət alanların əksəriyyəti artıq evlərinə buraxılsa da, bəzilərinin vəziyyəti ağırdır. Əlaqədar qurumlar hadisəyə insan amilinin səbəb olduğunu, dəmiryolu stansiyasının 3 əməkdaşının şübhəli şəxs qismində nəzarətə götürüldüyünü bildirib.

İstintaqın nəticəsi ictimaiyyətə açıqlanacaq. Məlumata görə, ölənlərin əksəriyyəti Təbrizdən olan azərbaycanlılardır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla